Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın avrokubok oyunları "Dalğa Arena"da

Tarix: 20 Iyun 2019 15:28

"Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı "Partizani" (Albaniya) klubu ilə ev oyununun stadionu müəyyənləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, matç   "Dalğa Arena"da keçiriləcək. Qurban Qurbanovun komandası ikinci mərhələyə yüksələcəyi təqdirdə də ev oyunu bu stadionda olacaq.

Buna səbəb 21-27 iyul tarixləri arasında olacaq Avropa Gənclər Yay Olimpiya Festivalının ölkəmizdə keçirilməsidir. Belə ki, bu festivalın bir neçə yarışı məhz Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.

 


Etiketlər:  Qarabağın avrokubok oyunları Dalğa Arenada


RƏYLƏR