Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahmatçımız beynəlxalq festivalın növbəti turunda da məğlub olub

Şahmatçımız beynəlxalq festivalın növbəti turunda da məğlub olub

Tarix: 25 Iyul 2020 08:24

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festival davam edir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.

Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.

Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.


Etiketlər:  Şahmatçımız beynəlxalq festivalın növbəti turunda məğlub olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ