Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 09:32
Birmingham Borussia Dortmund-a transfer olunan Cuda Bellingemin forma nömrəsini əbədiləşdirib.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, 17 yaşlı futbolçunun 22 nömrəli formasının əbədiləşdirildiyi və bundan sonra heç bir oyunçuya verilməyəcəyi bildirilib.
Bellingem 23 milyon avro qarşılığında Borussia-ya transfer olunub. Bununla da o, Birmingham tarixinin ən baha satılan futbolçusuna çevrilib.