Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 15:33
Bakı. Trend:
Bəhram Bağırzadənin ümumi vəziyyəti orta ağırlıqdadır. Şikayəti yoxdur, bədən hərarəti normaldır, fəaldır.
Bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev Bəhram Bağırzadənin səhhəti ilə bağlı son vəziyyəti Trend-ə açıqlayarkən dedi.
Onun sözlərinə görə, Əməkdar artist B.Bağırzadə yaxın günlərdə reanimasiya şöbəsinə, adi palataya köçürüləcək:
"Əvvəlki məlumatlarda qeyd etdiyimiz kimi, bir həftədən artıq müddətdə xəstənin traxiyastoması qapalı saxlanılmışdır və bununla tənəffüsün təbii yolla olması təmin edilmişdir. Artıq biz buna tam əmin olduqdan sonra bu gün həmin traxiyastomik boru çıxarıldı. B.Bağırzadənin yaxın günlərdə reanimasiya şöbəsinə, adi palataya köçürülməsi nəzərdə tutulur".
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.