Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2020 19:06
Yüksək təzyiqdən əziyyət çəkənlər müəyyən pəhriz saxlamalıdır. Bu dərmanların qəbulu ilə yanaşı təzyiqi normada saxlamağa yardım edir. Bəzi qida məhsulları təzyiqi tənzimləməkdə çempion sayılır.
Belə məhsullardan biri banandır.
Amerika Kardioloji Assosiasiyasının (AHA) mütəxəssisləri hipertoniyadan əziyyət çəkənllərə hər səhər yeməyi zamanı banan yeməyi tövsiyə edirlər.
Sonxeber.net saglamolun.com-a istinadən bildirir ki, banan kaliumla zəngindir. Kalium damarları genişləndirir və bununla da təzyiqi aşağı salmağa yardım edir. Həmçinin kalium ürək əzələsinin sağlamlığını qoruyur, onun fəaliyyətini yaxşılaşdırır.
Alimlərin fikrinə görə hipertoniklərin səhər yeməyinə banan və qatıq (yoqurt) daxil olmalıdır.
Current Science tibb jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 2 banan yeyən insanlarda 2 həftədən sonra təzyiq 10% aşağı düşüb.