Tarix: 26 Iyul 2020 11:28
"Yaxşı matç keçirmək istəyirik. Bizim üçün əsl nəticə səhv etməmək və öz futbolumuzu oynaya bilməkdir. Düşünürəm ki, keçmişdə baş verənlər bizi daha yaxşı oynamağa vadar edəcək. Keçmiş keçmişdə qalmalıdır. Bu həyatdır, qəbul edilməlidir". Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkəri görüş haqda danışarkən deyib. 49 yaşlı mütəxəssis əsas məqsədlərinin "Real"a qalib gələ biləcəklərini sübut etmək olduğunu bildirib:
"Bizim motivasiyamız odur ki, daha da irəli getmək istəyirik. Biz yaxşı oyun oynaya və "Real"ı məğlub edə biləcəyimizi sübut etmək istəyirik. Keçmişdə baş verənlər "Real"a keçirəcəyimiz matça təsir etməməlidir. Bunu başa düşmək lazımdır".
Qeyd edək ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" - "Real" cavab maçtı avqustun 7-i keçiriləcək. Komandalar arasında ilk görüşdə ingilis komandası səfərdə 2:1 hesabı ilə qalib gəlib.