Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2020 11:44
Türkiyə millisinin üzvü Emre Belözoğlu karyerasını başa vurub.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, "Fənərbağça"nın hücumçusu Türkiyə Superliqasının 34-cü turunda "Rizespor"la görüşdə son oyununa çıxıb.
Veteran futbolçu 3:1 hesablı qələbə qazandıqları oyunda penaltini dəqiq yerinə yetirərək son oyununu qolla bitirib. Emre bu qarşılaşmadan sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Qeyd edək ki, Türkiyə millisində 101 oyun keçirilən Emre "Qalatasaray", "İnter", "Atletico Madrid" və "Başakşehir"də də çıxış edib.