Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyadan 3 təklif - PSJ-nin futbolçusuna

İtaliyadan 3 təklif -  PSJ-nin futbolçusuna

Tarix: 26 Iyul 2020 14:20

PSJ-nin yarımmüdafiəçisi Leandro Paredes mövsümün sonunda komandasını dəyişə bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 25 yaşlı futbolçu bir neçə klubdan təklif alıb.

Argentina millisinin üzvü, xüsusən də, İtaliya klublarının diqqət mərkəzindədir. Konkret olaraq "Napoli", "Milan" və "Yuventus" onun uğrunda mübarizəyə girişib. Parislilər orta sahə oyunçusunu 40 milyon avroya satmağa hazırdır. Paredes özü isə "Yuventus"a keçməkdə maraqlıdır.

Qeyd edək ki, geridə qalan mövsüm Liqa1-də 17 oyun keçirən Leandro Paredes 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az


Etiketlər:  İtaliyadan təklif futbolçusuna


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ