Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 17:09
Bakı. Elnur Bağışov - Trend:
"İnstagram" sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.
Trend-in məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram" sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.
İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.
İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram" səhifəsinin də dondurulduğunu bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin