Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ın yeni transferi haqda

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ın yeni transferi haqda

Tarix: 26 Iyul 2020 18:52

“Kopenhagen”in baş məşqçisi Stale Solbakken komandadan ayrılan Uroş Matiçin “Qarabağ”a keçidi haqda fikirlərini bildirib.

Qol.az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında əvvəlcə serbiyalı yarımmüdafiəçi ilə yolları ayırmalarının səbəbini izah edib:

“Uroşu çox yaxşı tanıyırıq. Həqiqətən əsl peşəkar və yaxşı futbolçudur. Ancaq onu oyun üslubumuza inteqrasiya etmək, uyğunlaşdırmaq alınmadı. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı. Biz məsuliyyətimizi yaxşı dərk edirik və heç bir sərtlik, inciklik olmadan yollarımız ayrıldı".

Solbakken eyni zamanda, Matiçin komandada özünəməxsus iz buraxdığını bildirib: "O, titul qazanmağa kömək etdi, həmçinin Avropa Liqasında “Ayaks”la dramatik oyunlarında komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda iz buraxdı. Uroşa və ailəsinə gələcəkdə ən yaxşı arzuları diləyirik. Onlar həmişə “Kopenhagen”də gözləyirik”.
 
Klub Uroş Matiçə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Danimarka klubu 30 yaşll futbolçu ilə 1 illik müqaviləni qarşılıqlı razılıqla ləğv edib. 2017-ci ildə “Kopenhagen”ə keçən Matiç daha sonra “Austriya” və “Apoel”də icarə əsasında çıxış edib.
 


Etiketlər:  Kopenhagenin baş məşqçisi Qarabağın yeni transferi haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ