Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sulşer üçün 100 milyonluq transfer büdcəsi

Sulşer üçün 100 milyonluq transfer büdcəsi

Tarix: 20 Iyun 2019 18:08

"Mançester Yunayted" rəhbərliyinin baş məşqçi Ole-Qunnar Sulşer üçün yay transferlərinə ayırdığı büdcə məlum olub.

Qol.az-ın "ESPN" nəşrinə istinadən yaydığı xəbərə görə, mankunyanlar mövsümlərarası fasilədə yeni futbolçuların alınmasına 100 milyon funt-sterlinq xərcləyəcək. Oyunçu satışlarından əldə olunacaq gəlirdən asılı olaraq, məbləğ arta da bilər.

Qeyd edək ki, "Maneçester Yunayted"in əsas transfer hədəfləri "Lester"dən Harri Maquayr və "Kristal Pelas"dan Aaron Uan-Bissakudur. Klubları yüksək təzminat tələb etdiyi üçün "qırmızı şeytanlar" hələlik bu keçidləri gerçəkləşdirə bilmir.

 


Etiketlər:  Sulşer üçün 100 milyonluq transfer büdcəsi


RƏYLƏR