Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 18:04
Bakı. Trend:
Bakı trası mənim ən sevdiyim traslardandır.
Trend-in məlumatına görə, bunu “Ferrari” pilotu, monakolu Şarl Lekler deyib.
O bildirib ki, Bakıda həmişə uğurla çıxış edib:
“Mən burada “Formula 2”də qalib olmuşam və fəxri kürsüyə çıxmışam. Bundan başqa, ötən il “Formula 1” yarışlarında burada ilk xallarımı qazandım”.
Pilot əlavə edib ki, Bakıda çox sadə bir qaydanı rəhbər tutmaq lazımdır - diqqətini heç vaxt itirmə, yeganə səhv nəticəsində divara çırpılacaqsan:
“Mən bu trasda bolidi idarə etməkdən zövq alıram. Xüsusən də qala divarları yaxınlığında çətin döngələri sevirəm. Bu tras, həqiqətən də unikaldır. Digər Qran-prilərdə buna oxşar bir şey yoxdur”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin