Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər - YENİ TƏDQİQAT (FOTO)

Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər - YENİ TƏDQİQAT (FOTO)

Tarix: 27 Iyul 2020 09:24

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA Botanika İnstitutu kinoya bitkisinin Azərbaycanın kənd təsərrüfatına daxil edilməsi üçün tədqiqatlar aparıb.

Trend-in məlumatına görə, bunu AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə deyib.

Onun sözlərinə görə, son illər Orta Kür-Araz ovalığının gilli və şorlaşmış torpaqlarında iqlim dəyişkənliyi şəraitində bir sıra yem bitkilərinin adaptasiya potensialının müəyyənləşdirilməsi üzrə AMEA Botanika İnstitutunun Kürdəmir rayonunda yerləşən Kərrar Təcrübə Məntəqəsinin (KDM) ərazisində tədqiqatlar aparılıb. Bu tədqiqatlar zamanı sorqo, qarğıdalı, amarant, darı, raps, yonca, şəkər çugunduru və Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICBA) tərəfindən tövsiyyə edilən Kinoya kimi bir sıra əhəmiyyətli yerli və xarici yem bitkilərindən istifadə edilmişdir. Digər yem bitkiləri ilə yanaşı AMEA Botanika İnstitutu tərəfindən ölkəmizdə ilk dəfə öyrənilən Kinoya bitkisinin inkişafı və məhsuldarlığına abiotik amillərin təsirləri araşdırılmış, allometrik əlaqələr və abiotik stresə davamlılıq dərəcələri təyin edilmişdir:

"Orta Kür-Araz hövzəsi ərazisində quraq və yarımquraq iqlimin hökm sürməsi, aşağı keyfiyyətli müxtəlif səviyyəli şorlaşmış və şorakət torpaqların, həmçinin şirin su qıtlığının mövcudluğu, müasir əkinçilik sisteminin və suya qənaət edən muasir texnologiyanın yoxluğu davamlı qida istehsalını çətinləşdirir. Bu baxımdan azməhsuldar kənd təsərrüfatı ekosisteminin qiymətləndirilməsi, məhsuldar yem bitkiləri istehsalının elmi əsaslarının hazırlanması, şorlaşmış torpaqların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi məqsədəuyğundur. Botanika İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində bitkilərin morfoloji və fizioloji parametrləri, allometrik əlaqələri və davamlılıq mexanizmlərinin öyrənilməsi Kinoya bitkisinin duz və quraqlıq stresinə qarşı digər yem bitkilərindən daha dözümlü olduğunu müəyyənləşdirilmışdir.

Marginal mühitdə gələcək ərzaq və qida təhlükəsizliyi üçün olduqca vacıb olan kinoyanın bir neçə sortlarının istifadəsi baxımından Kür-Araz ovalığında şoran torpaqların fitobərpası, kənd təsərrüfatının inkişaf etdirilməsiistiqamətində aparılan işlərin genişləndirilməsi perspektivləri ön plana keçir.

Qeyd edək ki, Cənubi Amerika əhalisinin əsas qida mənbələrindən olan Kinoya bu günə qədər 100-dən yuxarı ölkənin kənd təsərrüfatı - ərzaq istehsalına daxil olub və nəticədə BMT tərəfindən 2013-cü il Beynəlxalq Kinoya ili adlandırılmışdır. Kinoya bitkisi digər dənli bitkilərlə müqayisədə yüksək miqdarda zülala malik olduğundanvə tərkibi əhəmiyyətli dərəcədə bir sıra minerallar, nişasta, lipidlər, aminturşuları, tiamin, folturşusu və vitaminlərlə zəngin olduğundan,hazırda müxtəlif aqrar-sənaye istiqamətlərində istifadə edilir. Kinoya bitkisi geniş çərçivədə abiotik stresə (isti, soyuq, yuxarı dərəcədə şorlaşma, duzlu sularla suvarma, su qıtlığı, quraqlıq, qida elementlərinin azlığıvə s.) davamlı olmaqla “super bitki” və “gələcəyin qidası” adlarını qazanmış və həmçinin sorlaşmış torpaqların biobərpasında və meliorasiyasında müvəffəqiyyətlə tətbiq edilir. Kinoyanın gövdə və yarpaqları isə heyvandarlıq və quşçuluqda yem kimi geniş istifadə edilir.

Bu bitkinin kənd təsərrüfatına daxil edilməsi Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkışafı, torpaq, su və bitki ehtiyatlarının və biomüxtəlifliyin mühafizəsi, eləcə də marginal və şorlaşmış ərazilərin yaxşılaşdırılması üzrə Dövlət Proqramlarının yerinə yetirlməsində öz müsbət töhvəsini verə bilər.

AMEA Botanika İnstitutunun direktoru akademik Validə Əlizadəninn rəhbərliyi ilə həyata keçirilən bu iş proqramı çərçivəsində doktorantı Xatirə Qasımova və magistr Emin Hüsüyev Türkiyənin Ankara Universitetində elmi ezamiyyətdə olmuşlar. Gənc mütəxəssislər Kürdəmir rayonunda yerləşən Kərrar dayaq məntəqəsində yem bitkilərinin inkişafına abiotik stresin təsiri üzrə həyata keçirilən elmi-tədqiqatlar zamanı götürülmüş bitki və torpaq nümunələri üzərində analizlər aparmışlar. Cari ildə təcrübələrdə yerli və İCBA tərəfindən tövsiyyə edilən Kinoya, Sorqo, Qarğıdalı, Amarant, Dari, Yonca kimi 8 bitkidən istifadə edilmişdir. Həmçinin Rusiya Elmlər Akademiyasının L.Komarov adına Botanika İnstitutunun anatomiya və morfologiya laboratoriyasının müdiri, prof. O.V.Yakovleva və prof. T.İ. Kravtsova ilə birlikdə bizim gənc alimlərlərimiz tərəfindən skanedici elektron mikroskopu vasitəsilə müxtəlif növ Quinoa (Kinoya) bitkilərinin toxum və tozcuqlarının anatomik xüsusiyyətlərinin müqayisəli təhlilinin aparılması nəticəsində bu bitkinin abiotik stresə (duz və quraqlıq) digər yem bitkilərindən daha dözümlü olduğunu müəyyənləşdirilmışdir.

Qeyd edilməlidir ki, Kürdəmir Təcrübə Stansiyası şəraitində təqdim olunan bütün Quinoa nümunələri ontogenezin bütün inkişaf mərhələlərini keçərək, canlı toxum əmələ gətirmə mərhələsinə qədər çatmışdır. Bu dayeni yem bitkiləri sortlarının seçilməsi, əkinçiliyə daxil edilməsi və şorlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verəcəkdir. Beləliklə, həyata keçirilmiş müvafiq elmi yanaşmalar və tədbirlər nəticəsində Kinoya, Amarant, Sorqo, Darı bitkiləri çox yüksək duzluluqda inkişaf etmiş, zəif, orta və yüksək şorlaşmış torpaqlarda isə bitkilərin böyüməsi arasındakı fərqlər əhəmiyyətli dərəcədə azalmışdır.

Həmçinin AMEA Mərkəzi Nəbatat Bağının əməkdaşlarının iştirakı ilə ərazidə su və külək eroziyasının qarşısının alınması məqsədilə fitomeliorativ tədbirlər görülmüş, ekoloji baxımdan davamlı və region üçün iqtisadi əhəmiyyətli olan 5000-dən artıq ağac bitkilərinin əkini həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, KDM-nın rəisi Orucov Nəriman Atamalı oğlunun rəhbərliyi altında tarlada Botanika İnstitutunun alimləri ilə birlikdəbir çox kənd sakinləri – aqrotexniklər də çalışır və bu da görülən çöl işlərin müvəffəqiyyətini təmin edir.

Beləliklə, Botanika İnstitutu tərəfindən müşahidələr və tədqiqatlar Kür-Araz ovalığının azməhsuldar şoranlaşmış torpaqlarında ərzaq təminatının yüksəldilməsi üçün yeni sortların seçilməsi, əkinçiliyə daxil edilməsi və şoranlaşmış ərazilərin münbitliyinin fitobərpa edilməsinə imkan verir.

Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər - YENİ TƏDQİQAT (FOTO) - Gallery Image Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər - YENİ TƏDQİQAT (FOTO) - Gallery Image Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər - YENİ TƏDQİQAT (FOTO) - Gallery Image


Etiketlər:  Amerikanın əsas qida bitkilərindən olan kinoya Azərbaycanda yetişdirilə bilər YENİ TƏDQİQAT FOTO


RƏYLƏR