Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belələrinin Azərbaycan dövlətçiliyi ilə hər hansı bir mənəvi, hüquqi, siyasi bağlılığından söhbət gedə blməz''

''Belələrinin Azərbaycan dövlətçiliyi ilə hər hansı bir mənəvi, hüquqi, siyasi bağlılığından söhbət gedə blməz''

Tarix: 27 Iyul 2020 09:57

Bu günlərdə xarici ölkələrdə yaşayan azərbaycanlıların həyata keçirdikləri aksiyalar azərbaycançılıq fəlsəfəsi və dövlətçilik konsepsiyasının zəruri, labüd, təəssüb hissəsi kimi qiymətləndirilir. Sərhədlərimizdə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçməyə belə hazır olan Milli Silahlı Qüvvələrimizin daşıdığı missiya nə qədər vacibdirsə, xarici ölklərdə yaşayan azərbaycanlıların da ölkəmizin ərazi bütövlüyü naminə və Silahlı Qüvvələrimizin, ordumuzun dəstəklənməsi üçün həyata keçirdikləri uğurlu aksiyalar da bir o qədər vacibdir və əhəmiyyətlidir.

Bunu Milli.Az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Los Anceles və Brüsseldəki erməni vandalizminin ardından xaricdəki anti-milli şəbəkə üzvlərinin sinxron şəkildə Azərbaycan dövlətinin və xalqının üzərinə hücuma keçməsini şərh edərkən deyib.

O bildirib ki, soydaşlarımızın xarici ölkələrdə keçirdikləri aksiyalar həm Azərbaycan dpvlətinin gücünü nümayiş etdirir, həm milli ordumuzun yeni güc mənbələrindən biri kimi çıxış edir.

"Təbii ki, xarici ölkələrdə bizim soydaşlarımızın keçirdikləri aksiyalara qarşı çıxmaq, onları ləkələmək, gözdən salmaq, dağıtmaq, onlara hücum etmək yalnız düşmənlərin işidir və yalnız ermənilərə sərfəlidir. Biz bunu gördük! Bəzi ölkələrdə erməni daşnak tör-töküntülərinin hazırladıqları və təəssüf ki, həmin ölkələrdə hətta bəzi mövcud rəsmi qurumlar tərəfindən də dəstəklənərək azərbaycanlıların üzərinə hücuma keçən ermənilərin düşmən hərəkətlərini başa düşdük. Onlar ermənidirlər və başa düşürlər ki, Azərbaycan diasporasının uğurlu aksiyaları onların xaricdə apardıqları işin mahiyyətini heçə endirir və bütün erməniçiliyin işğalçı, təcavüzkar mahiyyətini dünyaya bir daha tanıdır. Amma çox təəssüflər olsun ki, xarici ölkələrdə yer-yataq salmış bəzi azərbaycanlı radikal ünsürlər də, əslində, eyni mövqedən çıxış edirlər. Yəni, azərbaycanlıların aksiyalarına qarşı terrorçu, təxribatçı və zorakı mövqedən hücum edən erməni tör-töküntüləriylə, əslində, azərbaycanlıların aksiyasını gözdən salmağa çalışan, qaralamaq istəyən radikalların mövqeləri arasında heç bir fərq yoxdur. Əslində, başadüşülən deyil ki, fərqi yoxdur radikal baxışların ya liberal baxışların sahibi olsun, özünü azərbaycanlı hesab edən hər bir kəsin azərbaycanlıların xaricdə bizim milli mənəvi dəyərlərimizi və dövlətçiliyimizin müdafiəsi naminə keçirdiyi aksiyaya qara yaxması, onu qaralamağa çalışması, "xuliqan hərəkət" adlandırması, "vətənşüvənlik" hesab etməsi hansı məntiqə sığa bilər?! Bu  sualın mənə elə gəlir ki, cavabı hamıya bəllidir və bu, sadəcə olaraq, həmin o işin arxasında dayanan azərbaycanlı radikallara qarşı ən ağır bir ittiham aktıdır".

Ekspert qeyd edib ki, həmvətənlərimiz ordumuzla həmrəylik aksiyaları keçirdikləri bir vaxtda, hücumlara məruz qaldıqları bir vaxtda özünün hansısa siyasi ambisiyaları naminə Azərbaycan dövlətinin vacib atributlarını hədəfə alan, azərbaycanlıların bu vətənpərvərlik aksiyalarını ləkələməyə çalışan adamlar tapılır:

"Belələrinin Azərbaycan dövlətçiliyi ilə hər hansı bir mənəvi, hüquqi, siyasi bağlılığından söhbət gedə bilməz. Baxmayaraq ki, özlərini azərbaycanlı hesab edirlər, amma onların bu gün tutduğu yol əgər bizim milli ordumuzun gücünü artıran, milli ordumuza ruh verən aksiyalara ləkə yaxmaqdan ibarətdirsə, belə adamların, radikal qüvvələrin özlərini azərbaycanlı hesab etməsinə heç cürə haqq qazandırmaq olmaz. Sözsüz ki, bu, onların iflasının növbəti bir təzahürüdür. Çünki Azərbaycan xalqı bir faha görür ki, xaricdə yaşayan sadə azərbaycanlılar hər cür çətinliyə baxmayaraq, diplomatlar, səfirlik işçiləri ordumuzla həmrəylik aksiyaları keçirdikləri bir vaxtda, hücumlara məruz qaldıqları bir vaxtda özünün hansısa siyasi ambisiyaları naminə Azərbaycan dövlətinin vacib atributlarını hədəfə alan adamlar tapılır, azərbaycanlıların bu vətənpərvərlik aksiyalarını ləkələməyə çalışan adamlar tapılır və çox təəssüflər olsun ki, bunlar özlərini Azərbaycanla bağlı hesab edən şəxslərdir. Bu radikalların vətənpərvərliyindən qəti söhbət gedə bilməz və bu, əslində, onların həm siyasi iflasının, həm də mənəvi deqradasiyasının bir təsdiqidir".

Təhməz Təkin
Milli.Az


Etiketlər:  Belələrinin Azərbaycan dövlətçiliyi ilə hər hansı mənəvi hüquqi siyasi bağlılığından söhbət gedə blməz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ