Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur

4-cü Avropa Fizika Olimpiadasında qazanılan uğur

Tarix: 27 Iyul 2020 12:00

Bakı. İlhamə İsabalayeva - Trend:

20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn şəkildə 4-cü Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirilib. Trend-in məlumatına görə, 57 ölkənin məktəblilərinin qatıldığı olimpiada nəzəri və praktiki hissələrdən ibarət olub.

Azərbaycan məktəbliləri bu bilik yarışında 1 bürünc və 2 həvəsləndirici mükafat əldə ediblər.

Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Məhəmməd Yusifov bürünc medal, Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin 11-ci sinif şagirdi Köçəri Əsgərov və Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın 10-cu sinif şagirdi Sirac Yəhyazadə həvəsləndirici mükafata layiq görülüblər.


Etiketlər:  Avropa Fizika Olimpiadasında qazanılan uğur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ