Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2025 10:14
Klublararası dünya çempionatında mübarizə aparan 32 komandanın turnirdən qazandığı gəlir bəlli olub.
Sonxeber.net xarici mətbuata istinadən xəbər verir ki, turnirdə finala çıxan komandaların hər biri 100 milyon dollardan çox pulu kassasına qoyub.
"Çelsi" 114 milyon 535 min, PSJ isə 106 milyon 835 min dollar gəlir əldə edib.
Yarımfinalçılar "Real Madrid" 82,44, "Fluminense" 60,84 milyon dollar qazanıb.
Ən az məbləğ sonuncu yeri tutan Yeni Zelandiyanın "Okland Sity" komandasına verilib - 4,58 milyon dollar
Digər klubların qazancı:
"Atletiko Madrid" - 21,4 milyon
"Porto" - 24 milyon
"Yuventus" - 26,6 milyon
"Flamenqo" - 27,7 milyon
"Benfika" - 32,2 milyon
"Əl-Hilal" - 34,2 milyon
"İnter" - 36,8 milyon
"Palmeyras" - 39,8 milyon
"Mançester Siti" - 51,7 milyon
"Borussia Dortmund" - 52,3 milyon
"Bavariya" - 58,2 milyon
Hüseyn