Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəhram Bağırzadə sağalandan sonra ilk dəfə FOTOsunu yaydı

Bəhram Bağırzadə sağalandan sonra ilk dəfə FOTOsunu yaydı

Tarix: 27 Iyul 2020 14:39

Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxduqdan təxminən 2 aylıq fasilədən sonra şəkil paylaşıb.

Sonxeber.net xəbər verir ki, Əməkdar artist xəstəxana divarları arasında tibbi personal ilə birgə ayaqüstə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.

Bəhram Bağırzadə onun yenidən sağalıb, ayaq üstə qalxmasında yardımçı olan həkimlərə təşəkkür edib.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.

Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.

Bu da Bəhram Bağırzadənin xəstəlikdən sonra ilk görüntüləri:

Məhəmməd Vaqif


Etiketlər:  Bəhram Bağırzadə sağalandan sonra dəfə FOTOsunu yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ