Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2020 20:36
Bakı. Trend:
Hindistanlı aktrisa, sabiq Hindistan gözəli Aişvarya Rai Baççan koronavirusdan sağalıb.
Trend-in məlumatına görə, aktrisa qızı ilə birgə xəstəxananı tərk edib.
Bununla belə, onun həyat yoldaşı Abhişek Baççan və qayınatası, Bollivud ulduzu Amitabh Baççan müalicələrini xəstəxanada davam etdirir.
Qeyd edək ki, Amitabh Baççan iyulun 12-də koronavirusa yoluxduğunu açıqlamışdı. Həmin gün Aişvarya Rai Baççanın da testinin müsbət çıxdığı məlum olmuşdu.