Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 20:20
Məqsəd ilin sonuna qədər bu rəqəmi 50 milyona çatdırmaqdır.
İki il əvvəl qurulan Realme şirkəti artıq qlobal smartfonlar bazarında yeddinci yerdədir. Realme smartfon bazarının tarixində ən sürətli böyüyən markaya çevrilib. İki il ərzində şirkət 40 milyondan çox smartfon satıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu haqda istehsalçının rəsmi Tvitter səhifəsində məlumat yayılıb.
Məlumata görə, Realme-nin məhsulları rəsmi olaraq dünyanın 59 ölkəsində satılıb, 9 bazarda isə ən uğurlu 5 tədarükçüdən biri olub.
Qeyd edək ki, şirkət 2018-ci ilin may ayında yaradılıb və 1 milyon smartfon həmin ilin sentyabrına qədər satılıb. 2019-cu ilin avqust ayında satışlar 10 milyon smartfonu ötmüş və bu ilin yanvar ayında 25 milyona çatmışdı. Şirkətin məqsədi 2020-ci ilin sonuna qədər öz məhsullarını dünyada 50 milyon istifadəçiyə çatdırmaqdır.