Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2020 21:40
Bəzi proqramları yükləyərkən və ya işlədiyi zaman xətalar baş verə bilər. Sıx qarşılaşılanlardan biri də msvcp120.dll səhvidir. Bəs msvcp120.dll xətası nədir?
İstifadəçilər kompüterə yeni yükləmələr etdikdə və elektrik kəsildikdən sonra kompüterlər birdən-birə sönə bilər. Beləliklə, istifadəçilər msvcp120.dll xətasıyla qarşılaşırlar. Msvcp120.dll fayl korlanarsa, istifadə olunan oyun və ya tətbiqi başlatmaq istədiyiniz zaman proqram msvcp120.dll kompüterinizdə olmadığı üçün başlaya bilmədiyinə dair xəta verir. Bu səhvi aradan qaldırmaq üçün proqramı yenidən quraşdırın.
Problemi aradan qaldırmaq üçün tövsiyələr
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Msvcp120.dll xətası son zamanlarda kompüter istifadəçilərinin tez-tez rastlaşdığı problemlərdən biridir. Kompüterə hər hansı bir yükləmə edildikdə və ya kompüterlərin qəfil bağlanması nəticəsində Msvcp120.dll xətası baş verersə əvvəlcə kompüteri bağlamaq, sonra yenidən yandırmaq lazımdır. Beləliklə, Windows proqramlarında yeniləmələr olub-olmadığı yoxlanıla bilər. Əskik yeniləmələr varsa, tamamlanmalıdır. Bu proseslərdən sonra xəta davam edərsə, Microsoft Visual C ++ proqramının son versiyası həll yolu olaraq quraşdırılmalıdır. Lazımi yeniləmələri quraşdırdıqdan sonra problem həll ediləcək. Bu proseslərdən sonra kompüterinizdə msvcp120.dll xətası olmayacaq. Proseslərdən sonra msvcp120.dll faylı yüklənərək Windows sənədinə köçürülməlidir.