Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2020 10:46
İtaliyanın “Atalanta” klubu A Seriyasında mövsüm ərzində vurulan qolların sayını 98-ə çatdırıb.
Qol.az xəbər verir ki, ötən gecə "Parma"nı 2:1 hesabı ilə udan Berqamo təmsilçisi “Yuventus”un 68 il əvvəlki göstəricisini təkrarlayıb. Turin klubu 1951/52 mövsümündə bunu bacarmışdı.
Qeyd edək ki, bu göstəricidə rekord 1949/50 mövsümündə 118 qol vuran “Milan”a məxsusdur. “İnter” 1950/51 mövsümündə 107 qol vurub. “Yuventus” isə 1950/51 mövsümündə 103 dəfə rəqib qapılarına yol tapıb.