Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində - FOTO

“Yüksəliş” müsabiqəsi AzTV-nin “Hədəf”ində - FOTO

Tarix: 29 Iyul 2020 17:48

İdarəetmə bacarığı və intellektual səviyyəsi yüksək olan perspektivli şəxslərin müəyyənləşdirilməsi və onların inkişaf etdirilməsini nəzərdə tutan "Yüksəliş" müsabiqəsi ilə bağlı ən son vəziyyət bu gün AzTV-nin "Hədəf" verilişində müzakirə olunub.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, studiyanın qonaqları - Gənclər və İdman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev və Milli Məclisin deputatı Şahin Seyidzadə müsabiqə və onun mərhələləri, gedişatı haqqında ətraflı məlumat veriblər.

Müsahiblər bildiriblər ki, müsabiqədə yüksək intellektual zəka, qərar qəbul etmə və işin bölüşdürülməsi bacarığı, risk və böhranın idarə edilməsi, strateji düşünmək, kommunikasiya, büdcənin idarə edilməsi bacarığı və sosial məsuliyyət əsas tələblər kimi götürülür.

21-51 yaşı və ali təhsili olan şəxslərin müsabiqədə iştirakı, qaliblərin mükafatlandırılması, 1 il ərzində görülən işlər və digər mühüm məsələlər barədə ətraflı müzakirə aparılıb.

Verilişi AzTV-nin rəsmi "Youtube" kanalından https://www.youtube.com/watch?v=FlW2yml0JYQ izləyə bilərsiniz.

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az


Etiketlər:  Yüksəliş müsabiqəsi AzTV Hədəfində FOTO


RƏYLƏR