Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real”ın üzvü koronavirusa yoluxub

“Real”ın üzvü koronavirusa yoluxub

Tarix: 29 Iyul 2020 20:24

Bakı. Trend:

İspaniya çempionu olandan sonra əsas diqqəti çempionlar liqasına yönəldən Real Madrid Mançester Siti ilə cavab qarşılamasının hazırlığına başlayıb.

Trend-in məlumatına görə, məşqlərdən əvvəl klubun bütün üzvləri testdən keçiblər. Nəticədə komandanın hücümçusu Mariano Diasda koronaviurusun olduğu aşkarlanıb. Dominikanlı futbolçu ev şəraitində karantinə alınıb və məşqlərdən uzaqlaşdırılıb. Onun çempionlar liqasının görüşündə iştirak etməyəcəyi dəqiqdir.

UEFA artıq məsələyə rəsmi münasibət də bildirib. Qitənin ali futbol qurumu daim kral klubu ilə əlaqədə olduğunu və vəziyyəti nəzarətində saxladığını açıqlayıb. UEFA bu yoluxma halının görüşün keçiriləmnəsinə təsir etməyəciyini bildirib.

Qeyd edək ki, Mançester Siti – Real Madrid görüşü avqustun 7-ə təyin edilib.


Etiketlər:  Realın üzvü koronavirusa yoluxub


RƏYLƏR