Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yaponiyanın Fukusima prefekturunda güclü partlayış baş verib

Yaponiyanın Fukusima prefekturunda güclü partlayış baş verib

Tarix: 30 Iyul 2020 07:06

Bakı. Trend:

Yaponiyanın Fukusimo prefekturasında baş verən partlayış zamanı 17 nəfər xəsarət alıb.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Partlayış Koriyama şəhərində baş verib. Bildirilir ki, nəticəsində kiçik bina dağılıb, yaxınlıqdakı bank ziyan çəkib, onun əməkdaşları və müştəriləri xəsarət alıb.

Partlayışın yaxınlıqdakı restoranda qaz sızmasından baş verdiyi ehtimal olunur. Hadisənin səbəbləri araşdırılır.


Etiketlər:  Yaponiyanın Fukusima prefekturunda güclü partlayış baş verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ