Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 12:34
AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarna əsasən, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupun sədri təyin edib.
Qrupun tərkibində aşağıdakı şəxslər yer alıblar:
Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti – sədr
Ağasəlim Mircavadov – Məşqçilər Komitəsinin üzvü
Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən
Vyaçeslav Xomenko – AFFA-nın baş həkimi
Elgiz Abbasov – PFL-in Texniki İdman şöbəsinin müdiri
İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya, assosiasiya isə bunu Peşəkar Futbol Liqasına təqdim edib.
PFL-in çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul etməsindən əvvəl COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini nəzərə alan AFFA müvafiq strukturlara müraciət ünvanlayıb.