Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 14:20
İngiltərə Premyer Liqasında cari mövsümün ən sürətli oyunçularının adları açıqlanıb.
Qol.az "The Sun"a istinadən xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb. Cədvəldə "Mançester Yunayted"in 3, "Mançester Siti"nin 2, "Arsenal", "Aston Villa", "Sauthempton", "Lester Siti" və "Vulverhempton"un 1 oyunçusunun adı var.
Premyer Liqada mövsümün ən sürətli 10 oyunçusu:
1. Adama Traore - "Vulverhempton" (37.78 km/s, 26 iyul - "Çelsi" ilə matçda)
2. Meyson Qrinvud - "Mançester Yunayted" (37.59 km/s, 1 mart "Everton"la oyunda)
3. Aaron Van-Bissaka - "Mançester Yunayted" (37.59 km/s, 3 noyabr "Vest Hem"lə matçda)
4. Trezeqe - "Aston Villa" (37.59 km/s, 5 iyul "Liverpul"la oyunda)
5. Çağlar Söyüncü - "Lester Siti" (37.54 km/s, 3 noyabr "Kristal Pelas"la matçda)
6. Enzli Meytlend-Naylz - "Arsenal" (37.35 km/s, 15 oktyabr "Mançester Siti" ilə oyunda)
7. Fred - "Mançester Yunayted" (37.28 km/s, 15 oktyabr "Everton"la matçda)
8. Fil Foden - "Mançester Siti" (37.12 km/s, 26 oktyabr "Aston Villa" ilə oyunda)
9. Kayl Uolker - "Mançester Siti" (23.49 km/s, 25 iyun "Çelsi" ilə matçda)
10. Şeyn Lonq - "Sauthempton" (23.21 km/s, 8 dekabr "Nyu Kasl"la oyunda)