Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 21:36
"Yuventus"un sabiq futbolçusu Andrea Pirlo klubun U-23 komandasının baş məşqçisi təyin olunub.
Qol.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı sabiq yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu "Nyu-York Siti" olub.