Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 22:38
İdman Arbitraj Məhkəməsi (CAS) “Trabzonspor”un avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.
Qol.az xəbər verir ki, qaradənizlilərin etirazı rədd edilib və UEFA-nın 1 illik cəza qərarı qüvvədə qalıb.
CAS-ın açıqlamasında bildirilib ki, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəliklərini yerinə yetirmədiyi bir daha təsdiqlənib.
Bununla da, 2020/21 mövsümündə Çempionlar Liqasında Superliqanın gümüş mükafatçısı “Trabzonspor” yox, 3-cü pillənin sahibi “Beşiktaş” oynayacaq.
Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.