Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Superliqaya vəsiqə qazanan sonuncu klub

Superliqaya vəsiqə qazanan sonuncu klub

Tarix: 31 Iyul 2020 09:32

2020/2021 mövsümündə Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan sonuncu klub müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, TFF 1-ci liqanın pley-off mərhələsinin finalında "Adana Dəmirspor"la "Fatih Karagümrük" qarşılaşıb.
 
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişmədiyi üçün qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən (6:5) "Fatih Karagümrük" Superliqaya vəsiqə qazanıb.
 
Xatırladaq ki, bundan əvvəl TFF 1-ci liqanın qalibi olan "Hatayspor" və 2-ci pilləni sahibi "Ərzurumspor" elitaya yüksəlib.

30 iyul

"Adana Dəmirspor" - "Fatih Karagümrük" - 1:1 (penaltilər seriyası - 5:6)
Qollar: Ortakaya, 40 (0:1), Dibba, 68 (1:1)

Milli.Az


Etiketlər:  Superliqaya vəsiqə qazanan sonuncu klub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ