Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 10:12
Bakı. Nərgiz İsmayılova - Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin tərkibindəki istehsal sahələrinin rekonstruksiyası işlərinin 99,11 faizi başa çatıb.
Bunu Trend-ə SOCAR-ın tədbirlərin təşkili və və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.
Onun sözlərinə görə, hazırda ilkin sazlama və düzəlişlər üzrə işlər davam etdirilir:
“Tikinti işləri layihənin icra qrafikinə uyğun olaraq 2017-ci ildə başlayıb və 2020-ci ilin üçüncü rübündə başa çatması planlaşdırılır. Layihə çərçivəsində keçirilmiş tikinti və montaj işləri zamanı Sumqayıt və ətraf bölgələrdən 2 mindən çox mütəxəssis işlə təmin edilib. Ümumilikdə işçi qüvvəsinin 94 faizini yerli mütəxəssislər təşkil edir”.
İ.Əhmədov bildirib ki, COVID-19 pandemiyası “Azərikimya”da rekonstruksiya və modernləşdirmə layihəsinə də təsir göstərib:
“Bu, ilk növbədə bu sahədə fiziki işlərin səmərəliliyinə təsir edir. Eyni zamanda, sərhədlərin bağlanması ilə əlaqədar podratçı şirkət və istehsalçıların ilkin sazlama və düzəliş işlərində iştirakını mümkünsüz edir və layihənin icrasını qeyri-müəyyən müddətə ləngidir. Bu çətinliklərə baxmayaraq layihə sona yaxınlaşır”.