Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2019 14:16
“Mançester Yunayted”in hücumçusu Romelo Lukaku “İnter”ə keçməyə yaxındır.
Qol.az “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Milan klubu ilə müqavilə imzalamağa razılıq verib. “İnter”in Lukakuya ilinə 6 milyon avro ödəyəcəyi bildirilir.
Qeyd edək ki,”MY” ilə 2022-ci ilə qədər müqaviləsi olan Belçika millisinin üzvü ötən mövsüm 45 oyuna 15 qol vurub.