Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2020 15:50
"Yuventus"un sabiq futbolçusu Andrea Pirlo klubun U-23 komandasının baş məşqçisi təyin olunub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı sabiq yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu "Nyu-York Siti" olub.