Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa Liqasında qrupa düşən klublar müəyyənləşib

Avropa Liqasında qrupa düşən klublar müəyyənləşib

Tarix: 2 Avqust 2020 13:54

Avropa Liqasının 2020/21 mövsümünə qrup mərhələsindən başlayacaq komandaların tam siyahısı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 17 komanda qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə qrupdan start verəcək.

Bunlar UEFA reytinqinə əsasən qitənin 12 ən yaxşı ölkəsinin təmsilçiləridir. İlk "beşlik"dəki ölkələr hərəyə iki, digərləri bir komanda ilə qrupda təmsil olunacaq.

Qrup mərhələsində oynayacağı dəqiqləşən klublar aşağıdakılardır:
"Arsenal" (İngiltərə)
"Roma" (İtaliya)
"Napoli" (İtaliya)
"Bayer" (Almaniya)
"Vilyarreal" (İspaniya)
MOİK (Rusiya)
"Braqa" (Portuqaliya)
"Lester" (İngiltərə)
"Real-Sosyedad" (İspaniya)
"Feyenoord" (Niderland)
"Hoffenhaym" (Almaniya)
"Zarya" (Ukrayna)
"Nitsa" (Fransa)
"Lill" (Fransa)
"Antverpen" (Belçika)
"Sivasspor" (Türkiyə)
"Volfsberqer" (Avstriya)

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin digər 31 iştirakçısı təsnifat oyunlarından sonra bəlli olacaq. 21 komanda Avropa Liqasının pley-offunda qalib gəlməklə bu hüquqa yiyələnəcək. Çempionlar Liqasında uduzan 10 komanda da onlara qoşulacaq.

Milli.Az


Etiketlər:  Avropa Liqasında qrupa düşən klublar müəyyənləşib


RƏYLƏR