Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Open Azerbaijan'' Beynəlxalq Virtual Kata turnirinin qalibləri müəyyənləşib

''Open Azerbaijan'' Beynəlxalq Virtual Kata turnirinin qalibləri müəyyənləşib

Tarix: 3 Avqust 2020 00:16

Bakı. Trend:

"Open Azerbaijan" Beynəlxalq Virtual Kata turnirinin qalibləri müəyyənləşib.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, Elnurə Əzimzadə ("Arpaçay" klubu, 8-9 yaş uşaqlar, ), Şəlalə Rüstəmova ("Qara-Qaplan" klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov ("Avey" klubu, 16-17 yaş gənclər) turnirin qalibi olublar.

Murad Cəfərli ("İnam" klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev ("Qara-Qaplan" klubu) və Elməddin Səlimli ("Arpaçay" klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay" klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (Avey" klubu) və Əli Məmmədli ("Arpaçay" klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova ("Arpaçay" klubu) isə bürünc mükafata layiq olublar.

İlk Beynəlxalq "Open Azerbaijan" virtual turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib.


Etiketlər:  Open Azerbaijan Beynəlxalq Virtual Kata turnirinin qalibləri müəyyənləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ