Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arteta ''Arsenal''ın tarixinə keçdi

Arteta ''Arsenal''ın tarixinə keçdi

Tarix: 3 Avqust 2020 11:44

İngiltərə kubokunun final qarşılaşmasında "Arsenal" "Çelsi"yə 2:1 hesabı ilə qalib gələrək, kuboku qazanıb.

Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu, "topçular"ın baş məşqçisi Mikel Artetanın klubdakı ilk titulu olub.

Ötən ilin dekabrından komandanı çalışdıran 38 yaşlı mütəxəssis, buna ilk mövsümündə nail olub. Bununla da Arteta 33 ildən sonra "Arsenal"dakı birinci mövsümündəcə titul qazanan ilk mütəxəssis olub. Sonuncu dəfə belə uğuru 1986/87-ci il mövsümündə Corc Qrema qazanmışdı.

Bundan başqa, Arteta London klubunda həm futbolçu, həm də baş məşqçi kimi ölkə kubokunu qazanan ilk şəxs olub.


Etiketlər:  Arteta Arsenalın tarixinə keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ