Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Avqust 2020 12:28
"Arsenal"ın sabiq baş məşqçisi Arsen Venger Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.
Qol.az "Europe 1"ə istinadən xəbər verir ki, o, digər iştirakçılarla müqayisədə "Mançester Siti" və PSJ-nin qalib olmaq şanaslarının daha çox olduğunu deyib:
"Mənim üçün "Mançester Siti" və PSJ potensial baxımından iki favoritdir. Parislərin üç-dörd il əvvəlkindən daha güclü olmadığını hiss edirəm. Düşünürəm ki, ümumilikdə Avropa futbolunun keyfiyyəti pisləşib. Lakin PSJ yenə də Avropanın ən yaxşı iki və ya üç komandası arasındadır".