Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK?

Tarix: 3 Avqust 2020 23:06

Çoxları bilmir ki, kividə C vitamini portağaldan iki qat yüksəkdir. Xoş rəng, xırtıldayan qara dənəciklər, şirəli, təravətli və turş ləti ağızda əriyir. Tüklü qabığı altında gizlənən və bənzərsiz qida dəyəri olan bu Asiya meyvəsini "səhər yeməyinin padşahı" elan etmək vaxtıdır.

Milli.Az kivinin faydalı xüsusiyyətləri ilə tanış edir.

Kivinin tarixi qədim Çindən başlayır, bu qiymətli giləmeyvə məhz orada icad olunub. Əvvəlcə meyvə "Çin motmutusu" adlandırılıb, sonralar isə onu Yeni Zelandiyaya gətiriblər və ölkənin simvolu olmuş kiçik kivi quşunun şərəfinə adlandırıblar. Bu gün kivi meyvəsilə artıq kimisə təəccübləndirmək olmaz, bu bizim gündəlik rasionumuzun hissəsi ola biləcək ləziz məhsuldur. Kivini Fransa, İsrail, Kaliforniya, Yeni Zelandiya və İtaliyada istehsal edirlər. O bütün dünyada məşhurdur. Qeyd etmək lazımdır ki, yeni zelandiyalılar xarakterik nazik qabıqlı və zərif ətirli meyvənin "qızıl" çeşidini istehsal edərək kivi yetişdirməsində Çindən üstün olub.

Tərkibində C vitamini çox olduğundan bədəni enerji ilə təmin edən kivi bütün gün sizi oyaq saxlamaq üçün idealdır. Bu meyvədə çox miqdarda vitamin var: K vitamini osteoporozun inkişafının qarşısını alır, B9 immunitet sisteminin güclənməsinə kömək edir, E vitamini iltihab əleyhinə təsir göstərir və düzgün ürək fəaliyyətini təmin edir. Kivinin tərkibi minerallar və elementlər, xüsusən də kollagen istehsalı və toxuma bərpası üçün lazım olan mis, eyni zamanda həzmi və əzələ tonusunu yaxşılaşdıran kaliumla zəngindir.

Kivi pəhriz və oruc günləri üçün faydalıdır, çünki toxluq hissi verən yüksək keyfiyyətli lifdən ibarətdir. Əlbəttə ki, onun tərkibində karbohidratlar da var, ancaq qlükoza və fruktoza gücü bərpa etmək, beyin fəaliyyətini dəstəkləmək üçün lazımdır, xüsusilə idmanla məşğul olursunuzsa.

Uzun tarix boyu tüklü meyvədən müalicəvi vasitə kimi istifadə edilib - kivi antioksidantlarla o qədər zəngindir ki, gündəlik istifadəsi ürək-damar xəstəliklərinin və bəzi xərçəng növlərinin inkişafına mane olur. Menyuya müntəzəm olaraq kivinin əlavə edilməsi qanda triqliseridləri azaldır və maddələr mübadiləsini tənzimləyir. Onun aktiv maddələri "pis" xolesterin səviyyəsini azaltmaqla yanaşı "yaxşı" xolesterində toplanır, həmçinin xəstəliklərdən, ağırlaşmalardan və əməliyyatlardan sonra yaraların yaxşılaşmasına, bərpasına kömək edir.

Təzə meyvə bərk (lakin kartof kimi deyil) və ləkəsiz olmalıdır. Bu cür meyvələr üç həftəyə qədər soyuducuda saxlanıla bilər. Kulinariya potensialını dəyərləndirməyin: kivi qurman təcrübələri üçün əsl tapıntıdır. Salatlara, piroqa, desertlərə, hətta turşulara da əla dad verəcək. Səhər yulafa və ya yoqurta əlavə edə bilərsiniz. Qoxusu və ekzotik dadı sayəsində bir çox yeməyi daha ləzzətli edəcək. (publika.az)

Milli.Az


Etiketlər:  Niyə kivini səhər yeməyinə DAXİL ETMƏLİYİK


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ