Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 15:32
"Hellas Verona" qapıçısı Marko Silvestri ilə müqavilənin müddətini uzadıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
29 yaşlı futbolçu müddəti 2022-ci ilin 30 iyununda başa çatacaq yeni müqaviləyə imza atıb.
Qeyd edək ki, Marko 2017-ci ildən "Verona"nın uğurları üçün çalışır. İtaliyalı qolkiper son mövsümdə meydana çıxdığı 35 oyundan 9-da qapısını toxunulmaz saxlamağı bacarıb.