Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 19:05
Aparıcı cütlük Zaur və Günay Baxşəliyevanın qızı Dilavərin ad günü olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, onlar 7 yaşı tamam olan övladının özəl gününü evdə qeyd ediblər. Bunun üçün evlərini xüsusi bəzətdirən Zaur və Günay çəkilən videonu sosial şəbəkədə yayımlayıb.
"Allah bütün balaları xoşbəxt eləsin. Doğum günün mübarək qızım Dilavər. Yer üzündə heç bir övlad dərd görməsin. Allah hamınızın balasını sağlam, xoşbəxt eləsin" deyə, cütlük paylaşıma qeyd edib.
Qeyd edək ki, Günay ikinci dəfə ana olmağa hazırlaşır.