Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Napoli"də ciddi itki

Tarix: 4 Avqust 2020 19:56

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Barcelona" ilə qarşılaşacaq "Napoli" ciddi itki ilə üzləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hücumçu Lorenso İnsinye sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu A Seriyasının son turu çərçivəsində keçirilən "Lazio" ilə oyunda (3:1) zədələnib. Futbolçunun sol budunun əzələsindən zədə aldığı bildirilir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı ilə bağlı yaxın günlərdə məlumat veriləcəyi qeyd olunub.

Qeyd edək ki, "Barcelona" - "Napoli" oyunu avqustun 8-də keçiriləcək. Tərəflər arasında keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Milli.Az


Etiketlər:  Napolidə ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ