Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, 5 ekspres xətt təşkil olunacaq

Bakının mərkəzindən ətraf qəsəbələr də daxil olmaqla, 5 ekspres xətt təşkil olunacaq

Tarix: 4 Avqust 2020 21:52

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin təlabatının qarşılanması məqsədi ilə beş əlavə ekspres xətti təşkil ediləvək.

Bu ekspres xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olacaq.

Ekspres xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq.

M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.

Təşkil olunacaq ekspres xətləri və istiqamətləri:

1. M1 A / Q.Qarayev pros. (Laçın t/m-nin qarşısı) - Gənclik m/st.

2. M2 A / Neftçilər m/st - Elmlər Akademiyası m/st

3. M8 / Maştağa qəsəbəsi - Gənclik m/st

4. M9 / "Sea Breeze" istirahət mərkəzi - N.Nərimanov m/st

5. M10 / Mərdəkan qəsəbəsi (stansiya) - N.Nərimanov m/st.

Milli.Az


Etiketlər:  Bakının mərkəzindən ətraf qəsəbələr daxil olmaqla 5 ekspres xətt təşkil olunacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ