Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu - VİDEO

Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu - VİDEO

Tarix: 1 Oktyabr 2025 23:46

Beş ildir ki dağınıq skleroz, MS xəstəliyindən əziyyət çəkən xanəndə, əməkdar artist Ehtiram Hüseynov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə üçün Türkiyədədir. Müalicə aldığı xəstəxanada Real TV- yə danışan xanəndə bu xəstəliyin müalicəsində yeni bir mərhələnin oıduğunu bildirdi. Kök hüceyrə vasitəsiylə MS xəstəliyinin irəliləməsinin qarşısını qismən almaq mümkündür. Bu əməliyyatı yerinə yetirməyə Azərbaycanın təbliğində xüsusu rolu olan, muğamımızın dünyaya tanıdılmasında müstəsna xidmətləri olan Heydər Əliyev Fondu dəstək olur. Xanəndəyə artıq kök hüceyrənin ilkin mərhələsi tətbiq olunub.

Xanəndə müalicəsinə verdiyi dəstəyə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Heydər Əliyev Fonduna xüsusi təşəkkür edib. Ehtiram Hüseynov qeyd edib ki, hər zaman Fondun dəstəyini öz üzərində hiss edib.

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan televiziya muğam müsabiqəsinin qalibi olan Ehtiram Hüseynov 1980-ci ildə Laçında anadan olub.


Etiketlər:  Heydər Əliyev Fondu Ehtiram Hüseynovun Türkiyədə müalicəsinə dəstək oldu VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ