Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2020 22:38
Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin nümunəvi nizamnaməsi təsdiq olunub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu Nümunəvi Nizamnamə dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin fəaliyyətini tənzimləmək üçün onların nizamnamələrinin hazırlanması və dövlət qeydiyyatından keçirilməsi məqsədini nəzərdə tutur.
- Bu Nümunəvi Nizamnamə hər bir uşaq evi üçün fərdi nizamnamənin hazırlanmasında əsas hesab olunur.
- Uşaq evi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3 yaşından 18 yaşınadək uşaqlara sosial xidmət göstərən publik hüquqi şəxsdir.
- Bu Nümunəvi Nizamnamənin 1.5-ci bəndi (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində uşaq evini Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi digər hallar istisna olmaqla, dövlət adından icra hakimiyyəti orqanının (dövlət adından yaradılan publik hüquqi şəxsin) tabeliyində uşaq evini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla həmin icra hakimiyyəti orqanı (dövlət adından yaradılan publik hüquqi şəxs) yaradır.
- Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində uşaq evini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaradır.
- Bələdiyyə adından uşaq evini müvafiq bələdiyyə yaradır.
- Uşaq evinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə tərəfindən verilmiş əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumunun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.
- Uşaq evi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, "Publik hüquqi şəxslər haqqında", "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, bu Nümunəvi Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını, digər normativ hüquqi aktları, tabe olduğu dövlət orqanının (qurumunun) əmr və sərəncamlarını, yaxud bələdiyyənin qərarını və öz nizamnaməsini rəhbər tutur.
- Uşaq evi "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Uşaq evinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 1.10. Uşaq evi öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən, dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
- Qanuna uyğun olaraq, uşaq evinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Uşaq evi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
- Uşaq evində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 138-ci maddəsinə əsasən tam dövlət himayəsində olmaqla uşaq evinə yerləşdirilən uşaqlara qəyyum (himayəçi) təyin edilmir. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq uşaq evinə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.
- Uşaq evinin sosial xidmət sahəsində beynəlxalq əlaqələri "Sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
- Uşaq evi öz fəaliyyəti barədə ictimaiyyəti "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırır.
- Uşaq evinin nizamnaməsində onun növünü göstərən adı və yerləşdiyi ünvan göstərilir.
Eyni zamanda bu nizamnamə ilə uşaq evinin fəaliyyət istiqamətləri də müəyyənləşib.
- Növündən asılı olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların həyat səviyyəsini ağırlaşdıran, sosialpsixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib 5 çıxaran halların qarşısının alınmasını, çətin həyat şəraiti yarandıqda ehtiyacı olan uşaqlara sosial xidmətin göstərilməsini təmin edən uşaq evlərinin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- məktəbəqədər yaşlı uşaqlar üçün - məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlimtərbiyəsinin, əqli, fiziki, mənəvi inkişafının və ümumi təhsilə hazırlığının həyata keçirilməsi;
- məktəbyaşlı uşaqlar üçün (məktəbi bitirən 18 yaşınadək uşaqlar da daxil olmaqla) - müvafiq təhsil müəssisələrində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrində təhsil alınmasının təmin edilməsi və sonrakı pillələrdə təhsilin davam etdirilməsinə kömək göstərilməsi, təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması, onların həyata və əmək fəaliyyətinə hazırlanmasına kömək tədbirlərinin həyata keçirilməsi;
- məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli - bu Nümunəvi Nizamnamənin 2.1.1-ci və 2.1.2-ci yarımbəndlərində göstərilən tədbirlərin həyata keçirilməsi.
Eyni zamanda bu nizamnə uşaq evinin vəzifələri və hüquqlarını da müəyyən edir.
Nizamnamədə uşaq evinin nizamnamə fondu, əmlakı və maliyyə-təsərrüfat fəaliyyəti də göstərilməlidir.
- Uşaq evinin nizamnamə fondunun məbləği (məbləğ göstərilməklə) manatdır.
- Uşaq evinin əmlakı nizamnamə fondundan, ona təsisçinin verdiyi digər əmlakdan, habelə dövlət büdcəsindən və ya bələdiyyə büdcəsindən ayrılan vəsaitdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.
- Uşaq evininin balansında olan dövlət əmlakına münasibətdə səlahiyyətləri "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Uşaq evi öz əmlakından yalnız nizamnaməsi ilə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir.
- Uşaq evi əmlakı üzərində sahiblik və istifadə hüquqlarını məqsədlərinə uyğun olaraq sərbəst, sərəncam vermək hüququnu isə tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə ilə razılaşdırmaqla həyata keçirir. Uşaq evi qanunda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri ödədikdən sonra uşaq evinin, onun idarə, filial, nümayəndəliklərinin və təsərrüfat cəmiyyətlərinin fəaliyyətindən əldə edilmiş vəsait üzərində sərəncam vermək hüququna malikdir.
- Uşaq evi tabe olduğu dövlət orqanının (qurumunun) və ya 11 bələdiyyənin razılığı ilə təsərrüfat cəmiyyətləri yaradır və ya onlarda iştirak edir, habelə idarə, filial və nümayəndəliklər yaradır.
- Uşaq evi mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır. Uşaq evinin əmlakının idarə olunması ilə bağlı fəaliyyətinə nəzarəti tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə, həmçinin nizamnaməsi ilə müəyyən edilmiş qaydada uşaq evinin idarəetmə orqanları həyata keçirirlər.
Uşaq evinin fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, uşaq evinin yenidən təşkili və ləğv edilməsi qaydaları da məlum olub.