Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2025 15:08
Həyatını ailəsinə həsr edən qəhrəman ana 43 yaşlı qadın 17 övlad böyütməsi ilə sosial şəbəkələrdə və ictimaiyyətdə böyük maraq doğurub.
Sonxeber.net xəbər verir ki, onun ailəsi çoxsaylı üzvləri diqqət çəkir.
Sözügedən qadın bildirib ki, illərlə yorulmadan övladlarını böyütsə də, artıq bir qədər yorğunluq hiss etməyə başlayıb:
"Çox uşaq Allahın nemətidir, şükürlər olsun. İndiyə qədər yorğunluq hiss etmirdim, amma indi azacıq hiss edirəm."
Qəhrəman ananın 17 övladından 6-sı hazırda orta məktəbdə oxuyur, bəziləri isə artıq ailə qurub və işləyir. İki övladı hərbi xidmətini başa vurub, 11-i isə hələ 18 yaşına çatmayıb.
Ev işlərinin və kiçik uşaqların qayğısını əsasən ana özü çəkir. O, xüsusilə yaşyarımlıq qızı İncinin arxasınca daim qaçdığını gülərək etiraf edib.
Söhbət zamanı o, övladlarının hər biri üçün Allaha minnətdarlığını bildirib:
"Hər biri mənim üçün nemətdir. Şükür Allaha, bu qədər övlad bəxş etdiyi üçün min dəfə təşəkkür edirəm."
Xatırladaq ki, sözügedən qadın 16 uşağa sahib olduğu vaxtda Xəzər tv-də verilişinlərin birinə müsahibə vermişdi.
Musa