Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

16 yaşlı qızın nişanının qarşısı alındı

16 yaşlı qızın nişanının qarşısı alındı

Tarix: 26 Oktyabr 2025 13:00

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nişan mərasiminin qarşısı alınıb.

Sonxeber.net xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuməlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də rayonun Yalavac kəndində 22 yaşlı şəxslə 16 yaşlı qızın planlaşdırılan nişan mərasimi barədə polisə məlumat daxil olub. 

Məlumata görə, keçirilən tədbirlərlə nişan mərasiminin qarşısı alınıb, tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah olunub.


Etiketlər:  yaşlı qızın nişanının qarşısı alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ