Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın yen transferi ulduz futbolçuların sırasında

Tarix: 5 Avqust 2020 17:08

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə edən futbolçuların siyahısını açıqlayıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yeni transferi Uroş Matiç də siyahıda yer alıb.

İcarə əsasında Kiprin APOEL klubunda çıxış edən serbiyalı yarımmüdafiəçinin aktivində 4 qol ötürməsi var. O, Brunu Fernandes (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

 


Etiketlər:  Qarabağın yen transferi ulduz futbolçuların sırasında


RƏYLƏR