Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Avqust 2020 19:16
Bakı. Trend:
Finlandiya hökuməti bir sıra ölkələrə gediş-gəlişə yenidən məhdudiyyətlər tətbiq edib.
Trend-in məlumatına görə, müvafiq qərar hökumətin bugünkü iclasında qəbul edilib və avqustun 10-dan etibarən qüvvəyə minəcək.
Qərara əsasən, Finlandiyadan Niderlanda, Belçikaya və Andorraya gediş-gəliş zamanı sərhəd nəzarəti bərpa olunur.
Finlandiya hökuməti iki həftədən-bir turizm üçün tövsiyə edilən ölkələrin siyahısını nəzərdən keçirir.