Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada bankda bir neçə nəfəri girov götürən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Fransada bankda bir neçə nəfəri girov götürən şəxs saxlanılıb (ƏLAVƏ OLUNUB)

Tarix: 7 Avqust 2020 04:28

Bakı. Trend:

Fransanın Havr şəhərində insanları girov götürən şəxs polislər tərəfindən saxlanılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Mehdi D. adlı şəxsin girov götürdüyü 6 nəfər azad edilib, hazırda onlarla psixoloqlar işləyirlər.

İlkin məlumata əsasən, girov götürülən şəxslərdən xəsarət alan olmayıb.

XXX

22:13

Fransanın Havr şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda bankın binasında 4 nəfər var, 2 nəfər bankdan çıxa bilib.

Bildirilir ki, silahlı şəxs yerli vaxtla təxminən saat 17:00-da banka daxil olub və tələblər irəli sürüb. Tələblərin nədən ibarət olduğu barədə məlumat verilmir.

Hadisə yerinə terrorla mübarizə üzrə xüsusi polis qüvvələri cəlb edilib, bankın binası mühasirəyə alınıb.


Etiketlər:  Fransada bankda neçə nəfəri girov götürən şəxs saxlanılıb ƏLAVƏ OLUNUB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ