Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Avqust 2020 18:06
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə rayonunun Mil qəsəbə sakini V. Quliyevin qəsəbə ərazisində işlətdiyi otelin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi müəyyən edilib.
DİN Mətbuat Xidmətindən Sonxeber.net-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin oteli icarə əsasında işlədən V. Quliyev və orada olan 2 nəfər müştəri saxlanılıraq Beyləqan RPŞ-yə gətirilib.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.