Tarix: 7 Avqust 2020 22:22
"Kayserispor"dan ayrılan Robert Prosineçkinin yeni iş yeri məlum olub.
Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis "Dənizlispor"u çalışdıracaq. Onun Superliqa təmsilçisi ilə 2 illik razılaşdığı bildirilib. Tezliklə klubun xorvatiyalı məşqçi ilə rəsmi müqavilə bağlaması gözlənilir.
Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə baş məşqçilik edib. Onun çalışdırdığı son klub olan "Kayserispor" cari mövsümdə Superliqanı 17-ci pillədə tamamlayaraq 1-ci Liqaya düşüb.
Xatırladaq ki, "Denizlispor" çempionatı 14-cü pillədə başa vurub.